-- Adversting 9 --
-- Adversting 10 --

Gəncədə tikinti işləri parkdakı idman qurğularını yararsız hala salıb

Gəncədə tikinti işləri parkdakı idman qurğularını yararsız hala salıb.

23:51:44 | 2021-06-30

Gəncədə Gənclər Evinin qarşısında başlayan tikinti işləri Heydər Əliyev parkındakı idman qurğularını yararsız hala salıb. Bu barədə vətəndaşlar sosial şəbəkədə paylaşım edib.

Məsələ ilə bağlı Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Həmid Nəsirov Oxu.az-a açıqlamasında bildirib ki, hazırda gedən tikinti işləri orada gedən mini meydança ilə bağlıdır:

“Həmin ərazidə mini meydança salınır. Bunu başqa bir qurum edir. Bizə aidiyyəti yoxdur. Amma bu idman qurğuları parkın digər ərazisinə köçürüləcək. Digər hissədə salınmış idman qurğuları da qalmaqdadır. Şəhər sakinləri istədikləri vaxt həmin idman qurğularından rahat şəkildə istifadə edə bilərlər”.

Qeyd edək ki, bu idman qurğuları Gəncənin Avropanın İdman şəhəri və Avropanın İdman paytaxtı elan edilməsindən sonra - 2019-cu ildə salınıb.


ETİKET :  

Daha Çox