-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə tibbi maska tapmaq olmur

“Gəncədəki apteklərdə qoruyucu maska tapmaq çox çətindir”

00:10:20 | 2020-03-25

Bu barədə GancaPost saytına şəhər sakinləri məlumat verib.

“Gəncənin Heydər Əliyev, Atatürk və Zərrabi küçələrində yerləşən apteklərdə qoruyucu maska yoxdur. 10 gün əvvəl qiyməti 10 qəpik olan maskanı heç olmasa 30-50 qəpiyə alırdıqsa, indi tibbi maska tapmaq olmur. Şəhərdəki bir-iki aptekdə başqa növ tibbi maskanı 4 manata satırlar. Bu isə bəzi ailələr üçün çox bahadır. Çünki, dörd nəfərdən ibarət ailə üçün 16 manatı vermək çətindir. Hətta bir-iki aptekdə tibbi spirt də yoxdur” - deyə şəhər sakini Anar Əliyev bildirir.

Gəncə şəhərində yerləşən bəzi apteklərdən saytımızın əməkdaşına tibbi maskaların olmaması faktını təsdiqləyiblər. “Maska yoxdur. Bizə içərisində 50 maska olan cəmi bir qutu maska verilir. O da 1-2 saata qurtarır. Maskaları hər gün vermirlər, hərdən iki gündən bir gətirirlər”.

Qeyd edək ki, tibbi maskaların apteklərdə olmaması ilə bağlı Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən məsələ ilə bağlı Turan-a bildiriblər ki, apteklərin fəaliyyəti və orada satılan malların mövcudluğu nazirlik tərəfindən tənzimlənmir. “Apteklər özəldir deyə maskaların olub-olmaması məsələsinə müdaxilə edə bilmirik”, - deyə qurumdan bildirilib.

Nazirlər Kabinetinin yanında Operativ Qərargahın mətbuat xidmətindən isə bildirilib ki, apteklərdə qoruyucu maskaların olmaması ilə bağlı xəbərləri var. “Keçən həftə də Operativ Qərargah tərəfindən keçirilmiş mətbuat konfransında bildirilib ki, ölkədə tibbi maskaların kifayət qədər ehtiyatı mövcuddur. Apteklərdə maskaların olmamasından xəbərimiz var və biz bu məsələni aidiyyatı olan orqanlara çatdıracağıq”.


ETİKET :  

Daha Çox