-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə tibb işçilərinin vaksinasiyası yekunlaşır

Gəncədə vaksinasiya prosesi davam edir

00:06:59 | 2021-03-25

Ölkə ərazisində olduğu kimi, Gəncə şəhərində də vətəndaşların COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir.

Ölkənin ikinci böyük şəhərində 18 yanvar tarixindən tibb işçilərinin, fevralın 7-dən 60 yaşdan yuxarı şəxslərin, hazırda isə əhalinin 40 yaşından yuxarı təbəqəsinin vaksinasiya prosesinə başlanılıb.

GancaPost.info saytı BakuTV-yə istinadən xəbər verir ki, Gəncə şəhərində proses çərçivəsində tibb işçilərinin peyvənd olunması demək olar ki, yekunlaşmaq üzrədir. Bundan başqa, yaşı 60-dan yuxarı olan şəxslərin və 40 yaşdan artıq insanların peyvənd olunması davam etməkdədir.

Ümumiyyətlə, koronavirusla mübarizə istiqamətində Gəncənin bir çox dövlət və özəl tibb müəssisələrində peyvənd tədbirləri üçün xüsusi otaqlar ayrılıb. Bu günə kimi peyvənd sonrası vəziyyəti ağırlaşan şəxs qeydə alınmayıb.

Məlumat üçün bildirək ki, ölkə ərazisində vətəndaşların COVID-19 pandemiyasına qarşı vaksinasiya tədbirləri Nazirlər Kabinetinin qərarı ilə yanvar ayından başlanılıb.


ETİKET :  

Daha Çox