-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə tibb işçilərindən COVİD-19-la bağlı testlər aparılır

"Gəncədə tibb işçiləri və xidmət sahələrində çalışan şəxslərdən yaxma nümunələri götürülərək, COVID-19 testləri də aparılır"

00:39:19 | 2020-05-09

GancaPost.info xəbər verir ki, bu barədə Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədov Gəncə şəhər İcra Hakimiyyətinin yanında Koronavirusa Qarşı Mübarizə Qərargahının üzvlərinin iştirakı ilə keçirilən videokonfrans zamanı bildirib.

N.Əhmədov qeyd edib ki, daxili yoluxma hallarının aşkarlanması, virusa yoluxmuş şəxslərin dərhal izolyasiya olunması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir:

"Gəncə Şəhər İcra Hakimiyyəti başçısının tapşırığına əsasən yaradılan monitorinq qrupları da öz fəaliyyətlərini davam etdirirlər. Tibb işçiləri və xidmət sahələrində çalışan şəxslərdən yaxma nümunələri götürülərək, COVID-19 testləri də aparılır. Həyata keçirilən tədbirlər nəticəsində mövcud vəziyyətin müsbətə doğru dəyişməsi müşahidə olunur".


ETİKET :  

Daha Çox