Gəncədə sutka ərzində 32 koronavirusa yoluxma faktı qeydə alınıb

Ötən sutka ərzində Azərbaycanda qeydə alınan 52 yeni koronavirusa yoluxma faktının 32-i Gəncənin payına düşür. Bu da Gəncədə epidemiolji vəziyyətin kəskinləşdiyini və əhalinin karantin rejiminin tələblərinə əməl etmədiyini göstərir.

GancaPost saytı xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in İnfeksion Xəstəliklər üzrə İşçi Qrupunun rəhbəri Vasif Əliyev haqqın.az-a belə deyib.

Onun sözlərinə görə, Gəncədə koronavirusa bu cür yüksək yoluxma göstəricisi bir neçə gün əvvəldən başlayaraq qeydə alınır. Çünki, Gəncə sakinləri karantin rejiminin tələblərinin yumşalmasından sonra karantin tələblərinə ümumiyyətlə məhəl qoymamasının nəticəsidir.

"Bu təkcə Gəncəyə deyil, ölkənin başqa iri şəhərlərinə də aiddir. Karantin rejiminin yumşaldılmasından sonra küçələrə daha çox sayda insanlar çıxmağa başlayıb, üstəlik onlar şəxsi müdafiə qaydalarına məhəl qoymurlar. Vətəndaşlar sosial məsafəyə əməl etməyi dayandırıblar və maska taxmırlar. Hökumət koronavirusun ölkədə yayılmasının qarşısını almaq üçün bütün mümkün tədbirləri gördü, indi vətəndaşlar da məsuliyyət nümayiş etdirməli və karantin rejiminə ciddi əməl etməlidir", - Vasif Əliyev deyib.

"Gəncədə yoluxanların sayının sürətlə artmasını ciddi siqnal kimi qəbul etmək lazımdır. Əgər karantin rejiminin tələblərinə əməl edilməsə digər şəhərlərdə də vəziyyət pisləşəcək. İnsanlar başa düşməlidir ki, koronavirusla mübarizə bir-iki günün işi deyil. Yaranmış situasiyaya daha ciddi yanaşmaq lazımdır", - V.Əliyev bildirib.

Operativ qərargahın nümayəndəsi əlavə edib ki, koronavirusla bağlı situasiya hər gün təhlil edilir və əgər xəstələrin sayının artması tendensiyası müşahidə edilərsə karantin müddəti nəinki yenə uzadılacaq, üstəlik yenidən sərtləşdiriləcək.

V.Əliyev xəstələrin Gəncədə müalicəsi haqda danışarkən deyib ki, yalnız ağır xəstələr Bakıya gətirilir. Çünki, regionlarda xəstələrə bütün lazımi yardım göstərə bilən xəstəxanalar və peşəkar həkimlər var. Habelə REACT-C19 layihəsi çərçivəsində Türkiyədə təlim keçən həkimlər də Azərbaycana gəliblər. Onlar Gəncəyə və regionlara göndəriliblər.

XƏBƏR LENTİ

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

BÜTÜN XƏBƏRLƏR