Gəncə şəhər stadionunun ərazisində süni örtüklü meydança salınacaq.
AFFA-nın rəsmi saytı xəbər verir ki, Milli Assosiasiya inşaat işləri ilə bağlı tender elan edib.
İnşaat işləri üçün tenderə qatılmaq istəyənlər təkliflərini mayın 13-dək assosiasiyaya təqdim etməlidirlər.
Bunun üçün ilk növbədə “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" doldurulmalıdır. Orada görülməsinə ehtiyac duyulan işlərə təkliflərin hamısı göstərilməlidir. Həmçinin bu işlərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyi də qeyd olunmalıdır.