-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə sosial evlərin tikintisinə əlavə 33 mln. manat yönəldiləcək

MİDA Gəncədə yaşayış kompleksi ərazisində 9 binanın tikintisinə və enerji təchizatına təxminən 33 mln. manat yönəldəcək.

14:21:34 | 2020-05-20

«MİDA» MMC Gəncədə yaşayış kompleksi ərazisində 9 binanın, uşaq bağçasının tikintisi və enerji təchizatına 32 milyon 960,889 min manat yönəldəcək.

GancaPost saytı xəbər verir ki, bu məqsədlə MİDA 5 podratçı ilə müqavilələr bağlayıb.

«HN Construction» MMC ilə 6 milyon 130,421 min manat dəyərində bağlanmış müqavilə yaşayış kompleksi ərazisində iki 9 mərtəbəli ikibloklu binanın tikintisini nəzərdə tutur.

«Çinar İnşaat» MMC ilə yaşayış kompleksi ərazisində iki 9 mərtəbəli ikibloklu binanın, 125 yerlik uşaq bağçasının və bir qeyri-yaşayış binasının tikintisi haqqında 5 milyon 493,122 min manat dəyərində müqavilə bağlanıb.

«GM Construction»/«Faktor Qrup-S» MMC ilə bir 9 mərtəbəli ikibloklu və iki 12 mərtəbəli birbloklu binanın tikintisini nəzərdə tutan 9 milyon 44,724 min manat dəyərində müqavilə bağlanıb.

«Araz İnşaatçı» MMC ilə iki 12 mərtəbəli birbloklu binanın tikintisi haqqında müqavilə bağlanıb. Müqavilənin dəyəri 5 milyon 681,806 min manatdır.

Bundan başqa, «Enerji Qrup» MMC ilə yaşayış kompleksinin elektrik enerjisi ilə təchizatını nəzərdə tutan 6 milyon 610,816 min manat dəyərində müqavilə bağlanıb.

Yaşayış kompleksi Gəncədə Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə tikilir.


ETİKET :  

Daha Çox