-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə saxta pul hazırlayan şəxslər tutulub

Gəncədə saxta pul hazırlayan şəxslər tutulub.

12:30:32 | 2021-01-11

Yanvar ayının 9-da Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami rayon Polis İdarəsinə (RPİ) şəhər ərazisində fəaliyyət göstərən mağazalardan birinə saxta əsginas verilməsi ilə bağlı məlumat daxil olub.

GancaPost.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, RPİ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əsginas dövriyyə buraxmaqda şübhəli bilinən Samux rayon Çobanabdallı kənd sakinləri əvvəllər məhkum olunmuş, Elvin Məmmədov, Tofiq Məhərrəmov, Orxan Bağırov və pulları hazırlayan Gəncə şəhər sakini Vasif Tağızadə saxlanılıb. Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində V.Tağızadənin kirayə götürdüyü mənzilə baxış keçirilmiş və oradan saxta pul hazırlayan çap vasitələri, 100 və 50 manatlıq saxta əsginaslar götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


ETİKET :  

Daha Çox