-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə sakinlərin problemi nə vaxt həll olunacaq?

Gəncənin 3 yaşayış ərazisinin sakinləri sınan su və kanalizasiya boruları ilə bağlı şikayətçidirlər.

23:48:00 | 2019-11-21

GancaPost saytı Kəpəz TV-yə istinadən xəbər verir ki, problemlərdən biri Gəncənin Əziz Əliyev küçəsi bina 6-nın qarşısından keçən kanalizasiya xəttinin sınması nəticəsində yaranıb. 50-ə yaxın ailənin yaşadığı binada çirkab suların girdabına düşənlər 10 gündən çoxdur mövcud vəziyyətdən çıxış yolu tapa bilmirlər. İfunət iyi, hərəkətdə yaranan çətinliklər narahatlıq yaradır...

Sakin Zərniyar Quliyeva bildirir ki, neçə vaxtdır bu çirkab içində yaşayırıq. Məcbur qalıb Sizə müraciət etmişik. Çünki aidiyyatı qurumlar diqqət yetirməyiblər, hərə özünədir. Xahiş edirik ki, aidiyyatı qurumlardan bizim mikroblu taleyimizi həll etsinlər.

Digər sakin Qəmzə Qəmbərova qeyd edir ki, 10 gündən çoxdur ki, bu kanalizasiya tutulub. Biz hər dəfə kommunal pulu keçiririk. Kanalizasiya idarəsində zəng etmişik, İcra hakimiyyətində şikayətə getmişik bizim şikayətimizə baxmırlar. Çox xahiş edirik ki, bizə mümkün qədər köməklik edin bizim borular düzəlsin. Gecə işdən qaranlıqda gəlirəm ayağım batır. Körpə uşaqlar keçə bilmirlər. Belə vəziyyətdə yaşamaq olmur. Bunun hamısı çirkabdır. Biz necə edək?

Şəhərin Mahrasa bağı bina 10-nun qarşısında isə su xəttinin sınması sakinlərin işini əməlli-başlı çətinə salıb. Bir ilə yaxındır borudan axan su binanın qarşısında yığılıb gölməçə yaradıb. Yolun yuyulması nəticəsində qum topaları və xəndəklər yaranıb.

Sakin Xatirə Musayeva bildirir ki, problem yaşanır, dəfələrlə zəng edirik yaxşı göndəririk deyirlər beləcə problemlər olur. Suyumuz da gəlmir. Keçən ildən belə problemimiz var.

Eyni zamanda şəhərin Ərdəbil küçəsinin sakinləri də analoji problemdən əziyyət çəkir. Burada da sınan borudan axan su piyada və avtomobillərin hərəkətinə də çətinlik yaradır. Küçədə iki orta məktəb olduğundan valideyn və uşaqların geyimi palçıqla batır.

Sakin Fərhad Poladov bildirir ki, heç bir yenilik yoxdur Ərdəbil küçəsində. Neçə aylardır bu küçədən keçmək mümkün deyil. İndi hava quraqlıqdır yaxşıdır. Yağış yağanda buradan nə uşaq, nə müəllimə gedə bilir. Uşaq valideyinsiz buradan hərəkət edə bilmir. Arxada su kanalizasiyaya qarışıb.

Sadalanan ünvanlar sırasında su və kanalizasiya sisteminin yeniləndiyi küçələr də var. Və belə olan halda niyə sakinlər aydınlığa çıxmadan çirkaba düşüblər sualı ilə Gəncə Su-Kanal Törəmə Səhmdar Cəmiyyətinə üz tutduq.

Məsələ ilə bağlı Gəncə şəhər Su və Kanalizasiya Şəbəkələri İstismarı Sahəsinin rəisi Yaşar Məhərrəmov qeyd edir ki, Ərdəbil küçəsi 9-11 nömrəli məktəbin sahəsində köhnə suyu dayandırmışıq. Bu gün aktivləşmə gedir və bu gün əhalini tam ağ su ilə çatdıracağıq. Bəxtirar Əliyev küçəsindən Abbaszadə küçəsinə kimi verəcəyik. Əziz Əliyev küçəsində xətt çəkiləndə çirkab su xətti sıradan çıxıb və bu gün bərpa olunacaq. Şəms şadlıq sarayının yanında 100 metr köhnə boru dəyişmişik orada qalıb 11-12 metr boru. Onu da bir iki günə aradan qaldıracağıq.

Rəsmi mövqe problemin həllində çətinliyin yaranmayacağını deməyə əsas verir.


ETİKET :  

Daha Çox