-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə sakinlər susuz qalıb - ŞİKAYƏT

Gəncə şəhərinin mərkəzi küçəsində yaşayan sakinlər aidiyyatı qurumlara müraciət edir.

17:15:06 | 2019-06-03

Gəncə şəhər, Nizami rayonu Heydər Əliyev prospektinin (keçmiş Zərrabi küçəsi) sakinləri uzun illərdir su problemindən əziyyət çəkirlər.

Heydər Əliyev prospekti Gəncə şəhərinin mərkəzi küçəsi hesab olunsa da, buranın sakinləri Su üzünə həsrət qalıblar. Əsasən də yaz-yay aylarında su ümumiyyətlə gəlmir.

GancaPost-un məlumatına görə, sakinlər dəfələrlə Gəncə şəhər İcra Hakimiyyətinə, Gəncə Su-Kanal ASC-nin rəhbərliyinə yazılı və şifahi müraciət etsələr də, aidiyyatı qurumlar tərəfindən heç bir tədbir görülmür. Əhali də məcbur qalıb su daşıyan maşınlara 20-25 manat verərək həyət evlərinə su gətirirlər.

Lakin, su sarıdan əziyyət çəkən sakinlərin evlərinə su pulu bildirişləri verilir. Yəni, gəlməyən suya görə əhalinin adına su pulu yazılır. Vətəndaşlar isə qeyd olunan məbləğləri ödəməyəcəklərini bildirirlər. Bəzi ünvanlarda su bildirişlərində məbləğ 200, 300 hətta 400 manata qədər yazılıb.

Sakinlər, bir daha aidiyyatı qurumlardan susuzluq problemini həll etməyi tələb edir.


ETİKET :  

Daha Çox