Gəncədə sahibsiz itlər sakinlərə hücum edir - Təhlükə

Gündəlik olaraq bu cür təhlükə ilə şəhərin müxtəlif ərazilərində yaşayan sakinlər kimi 15 minə yaxın əhalisi olan Gəncənin Sadıllı qəsəbəsinin sakinləri də qarşılaşır. Səhər və havanın qaranlıq saatlarında küçəyə çıxmaq, hətta övladlarını tək məktəbə göndərməyə ehtiyat edənlər də var.

Sadıllı qəsəbə sakini Əli Məmmədov qeyd edir ki, itlər ərazidə həqiqətən çoxalıbdır.

"Səhər işə gedəndə, uşaqlar məktəbə gedəndə qorxu yaradır. Qız nəvəm var, beşinci sinfə gedir. Gələndə deyir orda it var idi, keçə bilmirdim. İstərdim ki, bunları götürüb tədbir görsünlər".

Böyük narahatlığa səbəb olan mənzərə isə müsbətə doğru dəyişməkdənsə günbəgün 4 ayaqlıların sayının artması ilə müşahidə edilir. Hətta vəziyyət o həddə çatıb ki, insanlar qəsəbədə mütəmadi olaraq hərəkət etdiyi yolu dəyişirlər.

Sakinlərin sözlərinə görə sahibsiz itlər əsasən gecələr sakinlərə hücüm edir.

Qəsəbənin digər sakini Saidə Ağayeva isə deyir ki, bu itlərin əlindən uşaqlar məktəbə gedə bilmirlər, üstümüzə hücum çəkirlər.

Hər kəs üçün real olan təhlükə bəzilərinin sağlamlığı bahasına başa gəlib. Bunu həkimə artan müraciətlər bir daha təsdiqləyir.

Məsələ ilə bağlı Zədələnmə Məntəqəsinin şöbə müdiri Mirqalim Seyidov KəpəzTV-yə bildirir ki, əgər ötən il ayda 50-60 nəfər itdişləmə diaqnozu ilə Gəncə şəhər Zədələnmə Məntəqəsinə müraciət edirdisə son vaxtlar bu ayda 120-ə çatıb. Hər bir xəsarət alana quduzluq əlehinə peyvənd vurulub.

"İt dişləmə Gəncə şəhəri üzrə 9 ay ərzində 650 çox insanı dişləyib. İt dişləmə quduzluq yarada bilər. Quduzluq xəstəliyi olmasın deyə it dişləmə ilə bağlı müraciət edən insanlara gəldiyi, üçüncü və yeddinci günü praflaktik məqsədi ilə vaksinasiya olunur.

Narahatlığa ciddi əsasın olduğu məsələ ilə bağlı mübarizə isə demək olar ki, getmir. Çünki qanunvericilik itlərin vurulmasını qadağan edir və buna görə cərimə tətbiqi var. İndiki dövr üçün isə yeganə həll yolu itlərin sığınacağa yerləşdirilməsidir. Lakin ölkənin bütün regionlarında belə məntəqələrin olmaması təhlükəni reallığa çevirir. Lakin Gəncədə deyəsən problemin həllinə çalışılır.

Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müavini Elşad Əsgərov isə qeyd edir ki, şəhərin kənarında paliqon deyilən yer var. Orada bizə 1 ha yaxın yer ayrılıb.

"Tədricən oralar hasara götürülür. Sahibsiz itlər yerində tutulur, orada zərərsizləşdirilir, baxılır. Bu işlərdə maliyyə məsələləridir. Bu işlərdə tədricən yoluna qoyulur. Yaxın gələcəkdə bu məsələlər aradan qaldırılacaqdır".

Yaxın gələcəyin nə vaxt olacağı dəqiq bilinməsə də sevindirici olanı ilk addımın atılmasıdır. Qalır o vaxtadək itlərdən qorunmaq və qorxu hissini heyvana biruzə verməmək. Lakin uşaqlar üçün bu deyimin keçərli olmaması vəziyyətin davam edəcəyinə işarədir.

XƏBƏR LENTİ

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

"Kəpəz" Futbol Klubu yeni avtobus alıb

BÜTÜN XƏBƏRLƏR