-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə səyyari gəzən siyasi Partiyalar

Gəncədə ofisi olmayan partiyalar.

16:14:19 | 2019-06-11

Partiyaların ictimai-siyasi fəaliyyətinin həyata keçirilməsində onların yerli ofislərinin olması vacib şərtlərdəndir. Toplantılar, iclaslar daha çox partiyaların öz ofislərində olmalıdır. Eyni zamanda ofislərin şəraiti, maddi-texniki təminatı da siyasi fəaliyyətin effektli alınmasında önəmli rol oynayır.

Bunu nəzərə alaraq GancaPost saytı Gəncədə fəaliyyət göstərən siyasi partiyaların fəaliyyətləri haqqında araşdırma aparıb.

Gəncədə ofisi olmayan partiyalar

Müsavat Partiyası neçə illərdir ki, Gəncədə fəaliyyətini ofis olmadan davam etdirir. Belə olan təqdirdə iclaslar, toplantılar, görüşlər harada keçirilir? Bu barədə danışan Müsavat Partiyasının Gəncə şəhər Təşkilatının sədr müavini Oqtay Zeynalov bildirib ki, ofissiz qalmaq onlar üçün çətinlik yaradır.
‘Ofis olmadan fəaliyyət göstərmək partiyamız üçün olmazın çətinliklər yaradır. Bu zaman ərzində partiya bir neçə dəfə kirayə ofis götürmək istəyib. Amma Müsavat-ın adı gələn kimi mənzil sahibləri bağlamaq istədikləri müqavilədən imtina ediblər. Ona görə də görüşlər, iclaslar partiya üzvlərinin yaşadığı mənzillərdə və ya çay evlərində keçirilir.

Ümid Partiyası bir müddət şəhərin ayrı-ayrı yerlərində kirayə ofis götürüb. Bu barədə Ümid-in Gəncə şəhər Təşkilatının sədri Salman İmanlı məlumat verib.
“Lakin sonradan ofis sahibləri müqavilə bağlamaqdan imtina ediblər. Görüşlərimiz, iclaslarımız Ümid Partiyasının üzvlərinin və şəxsən mənim mənzilimdə keçirilir.”

Milli İstiqlal Partiyası (AMİP) da Gəncədə qərargahsız fəaliyyət göstərən partiyalar sırasındadır. AMİP-in Gəncə şəhər Təşkilatının sədr müavini Eldar Aslanovun bildirdiyinə görə, onlar da iclasları üzvlərinin evlərində keçirirlər.

Liberal Partiyasının Gəncə şəhər Təşkilatının sədri Mayıl Vəliyevin sözlərinə görə, ofis götürmək o qədər də problem olmaz, partiyamız müəyyən imkanları səfərbər edə bilər, amma əfsuslar olsun ki, heç kim bizə ofis vermək istəmir. Mənzil sahibi bizimlə müqavilə bağlamaq istəmir.

Qeyd edək ki, Gəncədə AXCP, Vətəndaş və İnkişaf, Böyük Quruluş, KXCP və Tərəqqi Partiyalarının yerli təşkilatları fəaliyyət göstərir. Və adlarını qeyd etdiyimiz partiyaların heç birinin Gəncədə mənzil-qərargahı yoxdur.


ETİKET :  

Daha Çox