-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə sənaye zonası yaradıla bilər

Gəncədə sənaye zonasının yaradılması müzakirə olunub.

21:42:31 | 2020-09-25

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkənin şimal-qərb bölgəsinə səfəri çərçivəsində Gəncə şəhərində yerləşən müəssisələrdə olub.

GancaPost.info xəbər verir ki, əvvəlcə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla Gəncənin iqtisadi potensialının gücləndirilməsi, sənaye zonasının yaradılması və bu məqsədlə müvafiq ərazinin ayrılması məsələləri müzakirə olunub.

İqtisadiyyat naziri Gəncədə yerləşən “Azəralüminium” MMC-də və Gəncə Avtomobil Zavodunda olub. M.Cabbarov hər iki müəssisənin fəaliyyəti və perspektiv planları ilə tanış olub.


ETİKET :  

Daha Çox