-- Adversting 9 --
-- Adversting 10 --

Gəncədə sənətkarların və yoxsulların üsyanı - VİDEO

Gəncədə sənətkarların və yoxsulların üsyanı - 1231

19:33:52 | 2021-05-31

Gəncədə sənətkarların və yoxsulların üsyanı - 1231-ci ildə Usta Bəndərin başçılığı ilə Xarəzmşahlara qarşı Gəncədə qalxmış Azadlıq mübarizəsi.

Orta əsr tarixçisi Nəsəvi yazırdı ki, həmin dövrdə monqolların etdiyi zülmlərə qarşı Azərbaycanın bir çox şəhərlərində üsyanlar qalxıb. Bu üsyanlardan ən acımasızı Gəncədə olub. Üsyana yerli əhalidən alınan verginin həddən çox yığılması da səbəb olub. Üsyana qalxmış əhalişəhər hakiminin sarayını ələ keçirərək,məmurları və saray qulluqçularını öldürürlər. Sonra üsyançılar tərəfindən şəhərdə olan Xarəzm qoşunları məhv edilir. Üsyançılarla danışıqlara başlayan monqol hökmdarı Cəlaləddin heç bir nəticə əldə etmədiyindən şəhəri mühasirəyə alır. Gəncəlilər təslim olmaqdan imtina edirlər. Üsyançılarşəhərdən çıxaraq Xarəzm ordusuna hücum edirlər. Lakin düşmənin qüvvəsinə qarşı tab gətirə bilməyərək, geriyə çəkilməyə məcbur olurlar. Xarəzm qoşunu şəhərə yeridilir, Üsyan amansızlıqla yatırılır. Üsyançıların rəhbərlərindən 30 nəfəri şəhər darvazalarının qarşısında edam etdirilir. Usta Bəndər isətikə-tikə doğranır.

Azadlıq eşqi ilə yanan Gəncəlilər tarixin heç bir səhifəsində işğalçılara boyun əyməyib.

Məhz tarixindən güc alan Gəncəlilər 1804-cü ildə Cavad xanın rəhbərliyi ilə çar Rusiyasına qarşı əzmkar mübarizə aparıblar.

1920-ci il bolşevik hakimiyyətinə qarşı üsyan da məhz Gəncədə baş tutdu.

Hər bir qarışında tarix yatan Gəncəmizdə usta Bəndər kimi daha neçə igidlər gəlib keçib.

Gəncənin Hacıkənd qəsəbəsində Usta Bəndərin büstü qoyulub, yerli sakinlərlə yanaşı şəhərimizin qonaqları bu abidəni ziyarət edir.



ETİKET :  

Daha Çox