-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə şəhidlərin xatirəsinə abidə kompleksi inşa edilir

Gəncədə şəhidlərin xatirəsinə abidə kompleksi inşa edilir.

15:11:46 | 2021-04-30

Gəncədə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə abidə kompleksi inşa edilir. Abidə kompleksində I Qarabağ savaşı və 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizin, habelə Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində həlak olan mülki şəxslərin şəkilləri yer alacaq.

GancaPost.info xəbər verir ki, abidə kompleksinin müəllifi, əməkdar rəssam Şərif Şərifov bildirib ki, abidə kompleksinin əsas mövsuzu qələbədir. Burada inşa edilən “Şəhid bulağı” isə xalqımızın, xüsusilə gəncəlilərin qədim adətlərini özündə ehtiva edir: “Suyun ehsan edilməsi bizim köhnə adətlərimizdəndir. Zənnimcə bu amil abidənin daha da doğmalaşmasına təkan olacaq”.

Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən inşa olunan abidə kompleksi İstiqlal parkında yerləşəcək. Abidə kompleksinin sözügedən məkanda yerləşməsinə şəhid ailələrinin təklif və müraciətləri də nəzərə alınaraq, Gəncə şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın iclasında qərar verilib.

Qeyd edək ki, abidə kompleksinin bir neçə aya təhvil verilməsi nəzərdə tutulur.


ETİKET :  

Daha Çox