-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə şəhidlərimizin xatirəsinə 2783 ağac əkilib

Gəncədə Vətən müharibəsi şəhidlərinin xatirəsinə 2783 ağac əkilib.

00:01:51 | 2020-12-14

Gəncədə Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq ağacəkmə aksiyası keçirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan ağacəkmə aksiyası Heydər Əliyev park-kompleksinin ərazisində reallaşdırılıb.

GancaPost.info xəbər verir ki, ağacəkmə aksiyasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkilləri Naqif Həmzəyev, Müşfiq Cəfərov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, QMİ-nin Gəncədəki səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və könüllülər iştirak ediblər.

Öncə şəhidlərin ruhu yad edilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərə Allahdan rəhmət, yaralılara isə şəfa dilənib.

Aksiyada simvolik olaraq 2783 Eldar şamı və digər həmişəyaşıl ağaclar əkilib.


ETİKET :  

Daha Çox