-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə şəhidlərə və bayrağa hörmətsizlik - VİDEO

Gəncə Şəhidlər Xiyabanında bayraqlar zibil qutularına atılıb.

17:13:46 | 2021-03-05

Sosial şəbəkələrdə Gəncə şəhərinin Şəhidlər Xiyabanında şəhid məzarları üzərində olan gül çələngləri, bayraqların sökülməsiylə bağlı görüntülər yayılıb. Görüntülərdən aydın olur ki, bayraq və gül çələngləri yaxınlıqdakı zibil qutusuna atılıb.

Məsələ ilə bağlı Nizami rayon Bələdiyyəsinin sədri Qoşqar Məmmədov bildirib ki şəhidlərin məzarları üstündəki əklillərin yığışdırılmasının səbəbi yenisi ilə əvəzləməkdir:

“Qəbiristanlığın işçiləri tərəfindən bir neçə gündür ki, məzarların üstü qurumuş çələnglərdən təmizlənir. Şəhidlərin məzarı önünə gül və bayraqlar yenidən düzüləcək. Zibilliyə bayraqların atılması isə düzgün deyil".

İstənilən halda, şəhidlərin məzarlarında əklillərin belə bir formada dəyişdirilməsi hörmətsizlik əlamətidir. Əklillər, lentlər bu formada xiyabanın yanındakı zibilliyə atılmamalıdır. Belə xoşagəlməz hallarla qarşılaşmamaq üçün yeni əklillər əvvəlcədən hazırlanmalı və köhnələri dərhal bir günün ərzində dəyişdirilməlidir.



ETİKET :  

Daha Çox