-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə evlər verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində yeni yaşayış binasından alınmış 12 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

03:36:52 | 2019-11-13

GancaPost saytı xəbər verir ki, Gəncə şəhərində mənzillərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbəri Hidayət Abdullayev, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov iştirak ediblər.

Gəncədə 3 otaqlı mənzil verilən ailələrin sayı 10-dur. 1 ailə 2 otaqlı, digəri isə 1 otaqlı mənzillərlə təmin olunublar. Vətəndaşların növbəyə durma ardıcıllığına və ailə tərkibinə uyğun olaraq verilən mənzillər tam təmirli və mətbəx mebeli və avadanlıqları ilə təmin edilib.

Mənzillərin təqdim olunma mərasimində il ərzində bu kateqoriyadan olan vətəndaşlara 246 mənzil və 427 avtomobilin verildiyi vurğulanıb. Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olan insanların ailələrinin və bu döyüşlərdə sağlamlıqlarını itirmələri nəticəsində əlilliyi olan şəxslərin mənzillə təminatının dövlətin sosial siyasətinin əsas istiqamətlərindən olduğuna diqqət çəkilib.

Qeyd edək ki, ilin sonunadək Gəncədə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə daha 14 mənzil veriləcək.


ETİKET :  

Daha Çox