-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

"Gəncədə rusiyalı turistlərin diqqətini ölkəmizə yönəldə bilərik"

"Xüsusi hazırlanmış reklam çarxları təqdim etməklə rusiyalı turistlərin diqqətini ölkəmizə yönəldə bilərik".

02:47:34 | 2019-07-02

GancaPost xəbər verir ki, bu sözləri axar.az-a Otellər və Restoranlar Assosasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi Rusiya ilə Gürcüstan arasındakı siyasi böhran səbəbindən Rusiyadan Gürcüstana olan bütün reyslərin ləğv edilməsi, bu üzdən Azərbaycanı tranzit ölkə kimi istifadə edəcək rusiyalı turistləri burada saxlamağın yollarından danışarkən deyib.

S. Dübəndi bildirib ki, artıq rusiyalı turistləri ölkədə saxlaya bilmək üçün nə isə etmək gecdir. Ancaq indi onların növbəti dəfə burada dincəlməsini təşkil etmək üçün çalışa bilərik:

“Rusiya ilə Gürcüstan arasındakı siyasi böhran tək Gürcüstan üçün itkilərlə nəticələnməyəcək. Rusiya da burada itirənlərdəndir. Çünki Rusiyanın aviadaşıyıcı şirkətləri Gürcüstana olan bütün səfərləri dayandırmaq məcburiyyətində qaldığı üçün əvvəlcədən alınmış bütün biletləri qaytarmalı olacaqlar. Bu da təxminən 2-3 milyard rubl təşkil edir.

Bu böhran nəticəsində yaranan problemdən təxminən 150-200 min turist əziyyət çəkəcək. Yəni təxminən bu qədər insan Rusiyadan Gürcüstana səfər planlaşdırmışdı. İndi bu turistlər ya Türkiyə, ya da Azərbaycan vasitəsilə Gürcüstana getməyə çalışacaq. Əgər bu turistlər məqsədyönlü şəkildə Gürcüstana səfər üçün tur əldə ediblərsə, onları burada saxlamaq artıq mümkün deyil. Çünki vaxtında nə isə iş görmək və plan qurmaq lazım idi. Məsələn, turistlərin istifadə etdiyi dəhlizlərdə, Gəncə, Zaqatala Aeroportlarında Azərbaycanın bölgələrinin reklamını təqdim edə bilərdilər. Maraqlı, diqqətçəkən, xüsusi hazırlanmış reklam çarxları təqdim etməklə rusiyalı turistlərin diqqətini ölkəmizə yönəldə bilərik. Yəni, hətta turist getsə belə, geri dönərkən və ya növbəti il bizim ölkədə istirahət etmək fikri yaransın”.

S.Dübəndi bildirib ki, bu rəqabətdir və bizim marağımızda olmalıdır ki, rusiyalı turistləri ölkəmizə cəlb edək.


ETİKET :  

Daha Çox