-- Adversting 9 --
-- Adversting 10 --

Gəncədə Rusiya Mədəniyyət Mərkəzinin nümayəndəliyi açılacaq

“Rossotrudniçestvo” Gəncə şəhərində nümayəndəlik açacaq.

01:47:47 | 2021-05-31

GancaPost.info xəbər verir ki, "Rossotrudniçestvo"nun (MDB İşləri, Xaricdə yaşayan həmvətənlərlə və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyi) rəhbəri Yevgeni Primakovun Sputnik agentliyinə Rusiya ali məktəblərində pulsuz təhsil almaq imkanları, əcnəbi tələbələr üçün təqaüdlər və xaricdə "Rus Ev"lərinin açılması ilə bağlı müsahibə verib.

“Pandemiya keçmiş Sovet ölkələrindən olan gənclərin Rusiya universitetlərinə qəbuluna maneə olmadı”.

Yevgeni Primakovun sözlərinə görə, abituriyentin “internetdə Study In Russia saytına daxil olması, qeydiyyatdan keçərək lazımi sənədlər təqdim etməsi” kifayətdir.

Primakovun sözlərinə görə, "Rossotrudniçestvo" Azərbaycan hakimiyyəti ilə Gəncə şəhərində mədəniyyət mərkəzinin açılması məsələsi ilə bağlı müzakirələr aparır.

“Əgər biz qeyri-hökumət təşkilatı olsaydıq, bu, daha asan olardı. Lakin biz hər zaman hökumətlərarası sazişə əsaslanırıq, biz XİN-ə tabe olan təşkilatıq. Harada istəsək “səfirlik” aça bilmərik axı”, - deyə o bildirib.

“Buna baxmayaraq, Azərbaycanda yerli QHT-lərin köməyi ilə yeni “Rus Evi”nin açılışını sürətləndirmək üçün variant var. Axı hansısa QHT-nin “Rus Evi”ni açmasına kim mane olur ki?”, - deyə Primakov qeyd edib.

Qeyd edək ki, "Rossotrudniçestvo"-nun (MDB İşləri, Xaricdə yaşayan həmvətənlərlə və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyi) məqsədi ölkələrarası mədəni, təhsil, elmi-texniki və informasiya əlaqələrinin inkişafına nail olmaqdır. Ölkələrin yaradıcı və mədəni-maarifləndirici təşkilatları ilə əlaqələrin yaranmasına və inkişafına, rus dilinin öyrənilməsinə yardım etmək, ölkələr arasında qarşılıqlı əlverişli işgüzar münasibətlərin genişlənməsi üçün şərait yaratmaqdır.


ETİKET :  

Daha Çox