-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə qızılın qiyməti bahalaşıb

Gəncədə qızılın qiymətində artım müşahidə edilir. Bu isə alıcılıq qabiliyyətini aşağı salmaqla bazarda durğunluğun yaranmasına səbəb olur.

15:08:27 | 2019-06-27

GəncəPost saytı ARB TV-yə istinadən xəbər verir ki, Gəncədə qızıl alqı-satqısı ilə məşğul olan ticarət obyektlərində hər zövqə uyğun qızıl məmulatlarına rast gəlmək mümkün olsa da qıiymətlər heç də ürəkaçan deyil. Ən çox tələbat olan nişan üzüklərinin qiyməti isə qaşından asılı olaraq dəyişir.

Qızıl alqı-satqısı ilə məşğul olan Kənan Qasımov bildirir ki, 750 probun qiyməti bahalaşıb, 585 probun, Rus qızılın qiyməti bahalaşıb. Bu gün Rus qızılın əldən alışı 43-44 manatdır, onu da satırıq 48 manata. Türk qızılın satış qiyməti 60 manat, 750 probun qiyməti isə 65 manatdır.

Qızıl dəstlərinin qiymətinə gəlincə isə İtaliya istehsalı olan dəstin qiyməti 2000 manatdan 18 min manata kimi, Rusiya istehsalı olan dəstin qiyməti 1000 manatdan 10 min manata kimi dəyişir. Türkiyə və Səudiyyə Ərəbistanı istehsalı olan dəstlərə isə müvafiq olaraq 1500 manatdan, 20 min manata kimi qiymət qoyulub. Hətta qızıl bazarında qiyməti 40-50 min manat olan dəstlər də var.

Digər satıcı Cəmaləddin Əsədov isə bildirir ki, qızılın qramının qiyməti hardasa 3-4 manat qalxıb.

Qızıdan fərqli olaraq Gəncədə gümüşün alqı və satqısında heç bir fərq yoxdur. Yəni gümüşün qramı 5-6 manata alıcılara təkilf olunur.


ETİKET :  

Daha Çox