-- Adversting 9 --
-- Adversting 10 --

Gəncədə qaz sayğaclarının bloklanması narazılıqla qarşılanır

Gəncədə smart tipli qaz sayğaclarının bloklanması narazılıqla qarşılanır

23:47:00 | 2021-07-26

"İyulun 23-də Gəncədə yaşadığım ünvanda quraşdırılan smart tipli qaz sayğacının kartının balansına məbləğ yükləmək istədikdə kartın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən mənə xəbərdarlıq edilmədən blok edildiyinin şahidi oldum. Belə ki, eyni bloklama həmin gün Gəncə şəhəri üzrə smart tipli qaz sayğacları istifadə edən abonentlərə qarşı kütləvi şəkildə həyata keçirilib. Gəncə Qaz İstismar İdarəsinə müraciət edən çoxsaylı abonentlərə "Azəriqaz" İB tərəfindən "smart sayğacların vaxtı bitdiyi üçün avtomatik blok olunub, bizlik deyil, mexaniki sayğacla dəyişdirilməlidir" deyə əsassız və yalan açıqlama verilir".

Bu barədə Gəncə şəhər sakini Orxan İsmayılovun Gəncədə smart tipli qaz sayğaclarının mexaniki sayğaca dəyişdirilməsi ilə bağlı şikayətində deyilir. Sakin bir qədər sonra qaz sayğacının blokdan çıxarıldığını bildirir. O hesab edir ki, məqsəd "Azəriqaz"ın köhnə texnologiyaya əsaslanan və mübahisə yaradan mexaniki sayğacları süni problemlər yaradaraq quraşdırmaq istəyidir.

“Bu yolla israf edilən büdcə vəsaiti ört-basır edilir, "Azəriqaz" ştatına qaz sayğacı nəzarətçilərindən ibarət ordu götürülür, hamısı büdcyə yük yaradan amillərdir. Sovet vaxtlarına geri dönərək, yenidən əhaliyə kütləvi debitor borclar yazmaq, süni borcları təqdim etmək, bütün bunlar mexaniki sayğacla mümkündür, amma smart sayğacla bunu etmək mümkün deyildi. Ona görə geriyə addım atıb büdcə pullarını israf edib mexaniki sayğacı quraşdırmaq istəyirlər,” - şikayətçi qeyd edir.   

“Smart tipli sayğaclara müdaxilə etməyin və öz qaranlıq əməllərinizə abonentləri qatmayın. Smart tipli sayğaclardan əlinizi çəkin! Geriyə, mexaniki sayğaca yox, smart sayğaca, irəliyə addımlamaq lazımdır!” - Orxan İsmayılov bildirir.

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyindən Turana şikayətlə bağlı cavabında bildiriblər ki, artıq abonentlə əlaqə saxlanılıb.

“Problem yaxın zamanda aradan qaldırılacaq,” cavabında deyilir.


ETİKET :  

Daha Çox