Gəncədə Qarabağ qazilərinin futbol komandası yaradılıb

İDMAN
30 Aprel 2019, 00:36
140
Gəncədə ilk dəfə Qarabağ müharibəsi əlillərinin futbol komandası yaradılıb.
GancaPost portalı ARB TV-yə istinadən xəbər verir ki, qazilərdən ibarət kollektivin təqdimatı çərçivəsində "Qarabağ - Əlil Döyüşçülər" Futbol Federasiyası Nizami yurdunda mini futbol turniri təşkil edib. Yarışda "Abşeron", "Qarabağ" və "Gəncə" komandaları mübarizə aparıblar. Təxminən 1 ilə yaxındır ki, fəaliyyət göstərən "Qarabağ - Əlil Döyüşçülər" Futbol Federasiyası qısa zamanda müəyyən uğurlara imza atıb. Əlillərdən ibarət Milli komanda qatıldığı turnirlərdə yaxşı nəticələr göstərib, yığma 2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay