-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə “Qarabağ İgidləri” muzeyi - VİDEO

Gəncədə "Qarabağ İgidləri" muzeyi - VİDEO

20:32:53 | 2020-12-02

Gəncə şəhərində Şəhid və Qazilərə məxsus əşyaların yer aldığı "Qarabağ İgidləri" muzeyi yaradılıb.

Elnarə Tağıyeva şəhərin Sevil Qazıyeva küçəsində yerləşən fərdi yaşayış evini Şəhidlərin və Qazilərin xatirəsinə onların şəxsi əşyalarından ibarət olan muzeyə çevirib.

GancaPost.info xəbər verir ki, şəhər sakini Elnarə Tağıyeva 28 ildir ki, şəhid və qazilərin ailələrini ziyarət edərək 500-ə yaxın hərbçinin özəl əşyalarını və fotolarını toplayaraq, şəxsi evində "Qarabağ İgidləri" muzeyini yaradıb. O, Azərbaycanda üç şəhər istisna olmaqla bütün bölgələri gəzdiyini, hətta 5 evin olduğu kəndlərə belə getdiyini bildirib.
Türkiyənin Anadolu Agentliyinin həmin muzeydən hazırladığı reportajda qeyd olunub ki, E.Tağıyeva "Qarabağ İgidləri" muzeyini ilk olarak Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin siqaretini gətirərərək yaratmağa çalışıb. Vaxtilə Gəncə qarnizonunda çalışarkən isə şəhidlərə aid əşyaları toplamağa başlayıb.

Şəhid Ülvi Məmmədovun toyunda gəlinə verdiyi güldən tutmuş Ermənistan sərhədində özünə sıxılan gülləyə qədər bir çox əşyaların sərgiləndiyi muzeydə girov götürülməmək üçün yanında gətirdiyi zəhəri içən Qaratel Hacımahmudova kimi onlarla qadın şəhidin əşyası var.

Sözügedən reportajı təqdim edirik:


ETİKET :  

Daha Çox