-- Adversting 9 --
-- Adversting 10 --

Gəncədə qanunsuz tikililərlə bağlı reydlər keçirilib

Gəncədə qeyri-qanuni torpaq zəbti və qanunsuz tikintilərlə bağlı reydlər keçirilib.

03:31:02 | 2021-07-12

Gəncə şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, Nizami və Kəpəz rayon İcra Hakimiyyətlərinin nümayəndələri şəhərin müxtəlif ərazilərində qeyri-qanuni torpaq zəbti və qanunsuz tikintilər, həmçinin məişət və tikinti tullantıları ilə bağlı reydlər keçiriblər.
Reydlər zamanı Gəncənin Əhməd Cəmil və Bəxtiyar Əliyev küçələrində qanunun tələblərinə uyğun olmayan formada tikintilərin aparılması faktları aşkarlanıb.
Qeydə alınan faktlarla bağlı müvafiq rayon icra hakimiyyətinin nümayəndələri tərəfindən aktlar tərtib edilib, aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına məlumat verilib. Bununla yanaşı ərazidə yaşayan sakinlərlə maarifləndirici söhbətlər aparılaraq, qanunun tələbləri onlara izah olunub.
Məlumata görə, reydlər mütəmadi şəkildə davam etdiriləcək.


ETİKET :  

Daha Çox