Gəncədəki qanunsuz tikililərlə bağlı XƏBƏRDARLIQ

Qanunsuz tikililərlə bağlı Gəncədə fəaliyyət göstərən sahibkarlar və iş adamlarına xəbərdarlıq olunub.
GancaPost portalı ARB TV-yə istinadən xəbər verir ki, Gəncə şəhər rəhbərliyinin sahibkarlarla növbəti görüşündə, aidiyyatı dövlət qurumları və orqanları ilə razılaşdırılmayan və şəhərin ümumi arxitektur görünüşünə uyğun olmayan tikililərə qarşı ciddi addımların atılacağı vurğulanıb. Bu istiqamətdə mövcud olan neqativ halların o cümlədən qanuna uyğun fəaliyyət göstərən sahibkarlıq subyektlərinin normal iş prosesinə əngəl olan süni maneələrin də ən qısa müddətdə aradan qaldırılacağı diqqətə çatdırılıb. Bununla belə şəhərin Park və istirahət zonalarında mövcud olan iaşə obyektlərinin norma və tələblərə cavab verəcək şəkildə xidmət göstərməsi nəzarətdə saxlanılacaq. Görüşdə sahibkarların problem və təklifləri də dinlənilib. Bir sıra məsələlərin yerindəcə həlli üçün tapşırıqlar verilib.
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay