-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə Qəmbər Hüseynlinin 105 illiyi qeyd olunub

"Cücələrim"lə dünyaya səs salan bəstəkar Qəmbər Hüseynli

15:41:17 | 2021-04-16

Gəncədə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Qəmbər Hüseynlinin 105 illiyi qeyd olunub.

GancaPost.info xəbər verir ki, xüsusi karantin rejimi qaydalarına uyğun olaraq keçirilən anım mərasimində şəhər rəsmiləri, bəstəkarın ailə üzvləri və şəhər ziyalıları iştirak ediblər. Dünya şöhrətli bəstəkarın şəhərin Filarmoniya bağındakı məzarı ziyarət olunub.

Bəstəkarın ailə üzvləri çıxış edərək “Cücələrim” mahnısı ilə bütün dünyaya səs salan Qəmbər Hüseynli haqqında xatirələrini bölüşüblər. Onun həyat və yaradıcılığından danışıblar. Bəstəkarın "Cücələrim" mahnısı dünyanın 148 xalqının dilinə tərcümə olunub. Sənətşünasların, sənət bilicilərinin yekdil rəyinə görə, indiyə qədər "Cücələrim" kimi öz müəllifini bütün dünyada tanıtdıran ikinci mahnı olmayıb.

Qeyd edək ki, Qəmbər Hüseynlinin 105 illiyi ilə əlaqədar olaraq doğulub böyüdüyü evin fasadındakı barelyef dəyişdirilərək, yenisi ilə əvəz olunub.


ETİKET :  

Daha Çox