-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə qədim kilsə baxımsızlıqdan uçub dağılıb - VİDEO

Gəncədə yaşı 200 ildən artıq olan qədim kilsə baxımsızlıqdan uçub dağılıb.

17:55:03 | 2019-07-16

Gəncə şəhər əhalisi arasında "Qaraçılar" adlanan ərazidə yerləşən və yaşı 200 ildən artıq olan qədim kilsə hazırda baxımsızlıqdan uçub dağılır.

GancaPost saytı xəbər verir ki, həmin ərazidə yaşayan sakinlərin dediyinə görə, tikilinin yuxarı hissəsindən daşlar küçədən keçən sakinlərin üzərinə düşür. Dəfələrlə aidiyyatı qurumlara müraciət olunsa da, problem öz həllini tapmayıb.

XIX əsrdə ruslar Gəncəni işğal etdikdən sonra xristianların ilk ibadət yeri məhz, bu kilsə olub.

Kilsənin ətrafında şəhər uğrunda gedən döyüşlərdə həlak olan rus əsgərlərinin dəfn olunması üçün qəbristanlıq da salınıb. Hazırda ərazidə olan yeganə baş daşı deyilənlərin sübutu kimi bu günümüzə qədər gəlib çatıb.

Uzun illərdir istifadəsiz qalan abidə Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən qeydə alınmayıb.

Hazırda isə sakinlərin narahatçılığı baxımsızlıqdan ətrafında tikilən evlər üçün təhlükə yaradan bu tikilinin vəziyyətidir.

Aidiyyatı qurumlar məsələni ciddi nəzarətə götürsələr yaxşı olar, yoxsa kilsənin qəzalı olan barıları uçaraq ətrafa zərər verməyəcəyinə heç kim zəmanət verə bilməz.

Ətraflı video materialda tanış ola bilərsiniz:

 


ETİKET :  

Daha Çox