-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə qədim kəhrizlər bərpa olunacaq

Vaxtilə şəhər ərazisində 32 kəhriz olub.

23:59:24 | 2019-07-13

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Gəncə və 7 rayonda 40-a yaxın kəhrizin bərpası nəzərdə tutulur. Bu məqsədlə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi Azərbaycan Dövlət Aqrar Universitetində görüş keçirib.

GancaPost xəbər verir ki, görüşdə qeyd olunub ki, 14-cü əsrdə Gəncə şəhəri bağlar və kəhrizlər şəhəri kimi tanınırdı və həmin vaxt şəhər ərazisində 32 kəhriz mövcud idi. Bu kəhrizlər ayrı-ayrı mülkədarlar tərəfindən tikilib, qurulub əhalinin istifadəsinə verilirdi. Lakin sovet hökuməti gələndən sonra Gəncədə məqsədli şəkildə bütün kəhrizlər dağıdıldı, məhv edildi.

BMqT-nin Azərbaycandakı nümayəndəsi Vladimir Qyorqiyev qeyd edib ki, hazırda Azərbaycanın seçilmiş regionlarında 40 kəhrizin bərpasını nəzərdə tutan bir layihəni həyata keçiririk. Bununla yanaşı, biz kəhriz sistemləri və onun bərpası üzrə biliklərin, təcrübənin və bu işlə məşğul olan kankan peşəsinin gələcək nəsillərə ötürülməsinə çalışırıq. Gəncə şəhərində 400 illik yaşı olan qədim kəhrizin bərpası gəncəlilər üçün çox vacib olacaqdır.


ETİKET :  

Daha Çox