-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə postların sayı artırılır, karantin rejimi gücləndirilir - RƏSMİ

Gəncədə yoxlama-buraxılma postlarının sayı artırılır.

23:55:01 | 2020-05-08

Bu həftə karantin rejiminin yumşaldılmasından sonra Gəncə şəhərində koronavirusa yoluxma hallarının artdığı haqqında məlumatlar yayıldı.

Bundan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov koronavirusa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi haqqında tapşırıqlar verdi.

İcra başçısı Gəncədə yaradılmış Qərargahının üzvlərinin iştirakı ilə videokonfrans keçirib.

GancaPost.info xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Konfransda çıxış edən İcra başçısı bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinə şəhərin giriş-çıxışları və daxilində qurulan yoxlama-buraxılma postlarının sayının artırılması tövsiyyə olunub.

Saytımıza verilən məlumatda o da qeyd olunub ki, xüsusi karantin rejimi tələblərinin icrasını təmin etmək məqsədi ilə şəhərdə 800-dən çox polis və hərbçi çalışır. Bank, ATM, iri market və apteklərin qarşısında, o cümlədən əhalinin sıx olduğu ərazilərdə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları vəziyyəti nəzarət altında saxlayırlar. Gəncənin giriş-çıxışlarında quraşdırılan yoxlama-buraxılma postlarına da nəzarət gücləndirilib. Xüsusi karantin rejiminin tələblərini pozan sakinlərə qarşı daha ciddi mübarizə aparılacaq.


ETİKET :  

Daha Çox