-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə postda saxlanılan hərbçi şəhərə buraxılmayıb? - AÇIQLAMA

DİN-dən Gəncədə hərbçinin polis postundan şəhərə buraxılmaması ilə bağlı AÇIQLAMA

02:20:22 | 2020-12-27

Sosial şəbəkələrdə Gəncə şəhərinin çıxışındakı stasionar polis postunda bir nəfər hərbiçinin şəhərə avtomobillə buraxılmaması ilə bağlı yayılan görüntülər Gəncə şəhər Baş Polis İdarəsində araşdırılmışdır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, dekabr ayının 25-i gecə saatlarında hərbiçinin müştəri qismində taksi ilə Gəncə şəhərinin HacıMəlikli girişindəki xüsusi karantin rejimi ilə əlaqədar qurulan stasionar polis postundan şəhərə daxil olmaq istəyərkən polis əməkdaşları tərəfindən müvafiq icazələrin olmadığı müəyyən edilərək, taksi sürücüsünün şəhərə girişi qadağan olunmuş, hərbi geyimli şəxs isə avtomobildən düşərək piyada şəhər ərazisinə daxil olub getmişdir. Daha sonra onun video çəkərək polis əməkdaşlarının güya ondan pul istəməsi isə həqiqətə uyğun deyil.


ETİKET :  

Daha Çox