-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə peyvənd olunanların sayı 13 mini keçib

Gəncədə də 40 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılıb.

00:10:50 | 2021-03-26

Gəncədə də yaşı 40-dən yuxarı olan şəxslərin koronavirusa qarşı vaksinasiyasına başlanılıb. Artıq şəhər üzrə 300 nəfərə yaxın şəxs könüllülük prinsipi əsasında peyvənd edilib.

Gəncədə koronavirusa qarşı peyvənd olunmaq üçün 6 mərkəz fəaliyyət göstərir. İstirahət günündən başqa, digər günlərdə işçilərin 30 faizi təyin olunan qrafiklərlə vətəndaşlara xidmət göstərirlər.

Gəncə şəhər Abbas Səhhət adına 6 nömrəli Poliklinikanın şöbə müdiri Aminə Cabbarova KəpəzTV-yə bildirib ki, yanvarın 20-dən poliklinikaya müxtəlif yaş üzrə təxminən 4660 nəfər vətəndaş müraciət edib.

"İlk növbədə tibb işçiləri peyvənd olunub. 3600 nəfər birinci doznan, ikinci doznan 1000 nəfər və artıq 40 yaşdan yuxarı əhali bizə müraciət edir. Bu üç gün ərzində bizə 50 nəfər adam müraciət edibdir. Vurduğumuz vaksinlərdən şikayətlə yaxınlaşanlar olmayıbdır".

Qeyd edək ki, bugünədək Gəncəyə ümumilikdə 22 min dozada vaksin gətirilib ki, bunlardan da 17 min 282-i təyin olunan məntəqələrə göndərilib. 13 min doza vaksin vətəndaşlara vurulub və proses davam edir.


ETİKET :  

Daha Çox