Prezident İlham Əliyev pensiya yaşı ötmüş məmurları istefa mədəniyyəti göstərməyə çağırdıqdan sonra, ölkə gündəmində yaş tendensiyası aktual məsələyə çevrilib. Elə biz də bu məsələdən qaynaqlanaraq, Gəncədə rəhbər vəzifələrdə çalışan şəxslərin yaşı ilə maraqlandıq.
Baxmayaraq ki, elm və təhsil müəssisələri, yaradıcı təşkilatların rəhbərlərinə yaş senzi tətbiq olunmasa da, hər halda ictimaiyyət üçün də maraqlı ola bilər.
GancaPost saytı mövzunun aktuallığını nəzərə alaraq, Gəncədə pensiya yaşına çatan vəzifə sahiblərinin siyahısını təqdim edir:
Rafiq Şəfiyev – Gəncə şəhər İcra Hakimiyyəti Başçısının müavini - 71 yaş
Fuad Əliyev - AMEA-nın Gəncə Bölməsinin sədri - 69 yaş
Yusif Yusibov - Gəncə Dövlət Universitetinin rektoru - 68 yaş
Akif Süleymanov - Azərbaycan Texnologiya Universitetinin rektoru - 68 yaş
Fəxrəddin Zeynalov - Gəncə Dövlət Regional Kollecin direktoru - 68 yaş