-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə Pasxa bayramı qeyd edilib

Qərb bölgəsində yaşayan pravoslavlar Gəncədəki Aleksandr Nevski kilsəsində Pasxa bayramını qeyd ediblər.

14:51:05 | 2019-04-28

Gəncədə yaşayan pravoslavlar Pasxa bayramını qeyd ediblər.

GancaPost xəbər verir ki, ölkənin qərb bölgəsində yaşayan pravoslavlar səhər saatlarından başlayaraq Gəncədəki Aleksandr Nevski kilsəsinə toplaşıb, İsa Məsihin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsini bayram ediblər.

Gəncədəki Aleksandr Nevski kilsəsində hər il olduğu kimi bu il də pravoslavlar dualarını oxuyublar. Şamlar yandırılıb, dualar oxunub, vacib sayılan bir sıra dini ayinlər icra edilib.

Qeyd edək ki, Pasxa xristianların dini kitabı İncildə təsvir edildiyinə əsasən, İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən bayramıdır. Xristianların inancına əsasən bu hadisə təxminən 2000 il bundan əvvəl baş verib. Pasxadan sonra 50 günlük “Pasxa fəsli” adlı dövr başlanır ki, həmin dövr də Müqəddəs "Üçlük Günü" ilə başa çatır.


ETİKET :  

Daha Çox