Gəncədə partlayış baş verən bina söküləcək

GencePost.com xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Sökülən dördmərtəbəli binanın yerində özəl şirkət tərəfindən yeni yaşayış binası inşa ediləcək, partlayış baş verən binada yaşayan ailələr isə yeni binada mənzillə təmin ediləcəklər.
Bina inşa edilənədək ailələrə kirayədə qalmaq üçün pul ödənilir. Artıq Nazirlər Kabineti bunun üçün vəsait ayırıb və ailələrin bank hesablarına kirayə pullarının köçürülməsinə başlanılıb. Kirayə pulu ailələrin partlayışa qədər yaşadıqları evlərin sahəsinə uyğun olaraq 250 manatdan başlayır.
Partlayış baş verən binanın söküntüsünə yaxın günlərdə başlanacağı gözlənilir.
Qeyd edək ki, ötən ilin noyabrın 20-də Gəncə şəhərinin Kəpəz rayonunda "Fizuli" parkının yaxınlığındakı dördmərtəbəli yaşayış binasında partlayış baş verib. Dağıntılar altından 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızı və onun oğlu 1994-cü il təvəllüdlü Heydərov Hüseyn Oktay oğlunun, 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyitləri çıxarılıb. 1 nəfər yaralı, 1997-ci il təvəllüdlü hərbçi Məmmədli Orxan Oktay oğlu Gəncə Hərbi Hospitalına yerləşdirilib.
Partlayış nəticəsində 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. Bina 36 mənzillidir.

XƏBƏR LENTİ

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

"Kəpəz" Futbol Klubu yeni avtobus alıb

BÜTÜN XƏBƏRLƏR