GancaPost saytı xəbər verir ki, bu barədə Gəncə şəhər Təhsil İdarəsinin rəisi Zakir Hüseynov RealTV-yə açıqlamasında bildirib.
Zakir Hüseynov qeyd edib ki, Gəncə şəhərində 46 ümumtəhsil orta məktəbi fəaliyyət göstərir. Bu məktəblərdən 39-u təmir olunub. 6 məktəbdə isə əlavə korpuslar tikilib. Yalnız şəhərdə olan 7 məktəbin əsaslı şəkildə təmir işlərinə ehtiyacı var. Həmçinin şəhərdəki 46 saylı və 28 saylı orta məktəbin yeni korpusunun tikintisinə başlanılıb.