-- Adversting 9 --
-- Adversting 10 --

Gəncədə 6 orta məktəb təmir olunur

Gəncədə təmirə ehtiyacı olan 6 orta məktəb bərpa olunur.

07:08:23 | 2021-07-09

GancaPost.info xəbər verir ki, yeni tədris ilinə Gəncənin daha 6 orta məktəbi təmir olunaraq müəllim və şagirdlərin istifadəsinə veriləcək.

Təhsil Nazirliyinin göstərişinə əsasən həyata keçirilən yenidənqurma və təmir-bərpa işləri çərçivəsində Gəncənin Məhəmməd Hadi adına 10 nömrəli məktəbi yenidən inşa edilir. Uzun müddətdir ki, qəzalı vəziyyətdə olan 10 nömrəli orta məktəb üçün, indi hər biri 3 mərtəbəli olmaqla 4 korpus inşa edilir. 760 şagird yerlik təhsil oacağı müasir tələblər səviyyəsində yenidən qurulacaq. Bununla yanaşı şəhərin 9 və 11 nömrəli orta məktəbləri, eləcədə əsaslı təmirə ehtiyacı olan daha 3 orta məktəbi yeni dərs ilinədək təmir olunacaq.


ETİKET :  

Daha Çox