-- Adversting 9 --
-- Adversting 10 --

Gəncədə Nizaminin heykəlinə etinasızlıq

Gəncədə Nizami Gəncəvinin heykəlinə etinasızlıq

11:41:31 | 2021-08-21

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Gəncə şəhərində Mirzə Abbas Abbaszadə küçəsi ilə Əttarlar küçəsinin kəsişməsində ucaldılmış heykəli illərdir gecələr qaranlığa qərq olur. “Nizami Gəncəvi İli”ndə dahi şairə öz doğma yurdunda belə laqeydlik göstərilməsi şəhər sakinləri arasında narazılıq yaradıb.

Bu barədə məlumat verən sakinlər bildiriblər ki, ətraf küçələrdə işıq dirəkləri olsa da, bu, axşamlar şairin heykəlini işıqlandırmır. Digər heykəllərdə olduğu kimi Nizami Gəncəvinin heykəlinin də ətrafında xüsusi işıqlandırma sistemi quraşdırılmalıdır. Bundan əlavə, sakinlər Gəncə şəhərində 2021-ci ilin “Nizami Gəncəvi İli” olması ilə bağlı heç bir bildiriş lövhəsinin də asılmadığını deyiblər.

Məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyəti MKTİB-in mətbuat katibi Vüsal Balayev axar.az-a açıqlamasında bildirib ki, bununla bağlı Nizami rayon rəhbərliyinə məlumat veriləcək və tez bir zamanda lazımi tədbir görüləcək.

Qeyd edək ki, şairin tuncdan hazırlanmış heykəli 1946-cı ildə heykəltaraş Fuad Əbdürrəhmanov və memarlar Sadiq Dadaşov, Mikayıl Hüseynovun birgə əməyi nəticəsində ərsəyə gəlib. Heykəl 2009-cü ildə yenidən bərpa olunaraq bürünclə əvəz edilib.


ETİKET :  

Daha Çox