-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə neçə nəfər peyvənd olunub?

Gəncədə Təhsil və tibb işçiləri COVİD 19-a qarşı peyvənd olunur.

15:41:15 | 2021-03-07

Gəncədə yaşı 50-dən yuxarı olan pedaqoji və texniki heyətin koronavirusa qarşı birinci doza peyvənd olunur. Fevralın 20-dən indiyə kimi məktəblər üzrə 1900-ə yaxın şəxs peyvəndə cəlb edilib. Proses hazırda da davam edir.

İlkin olaraq Gəncədə yaşı 50-dən yuxarı olan məktəb heyəti peyvəndləməyə cəlb edilib. 6 mərkəzdə aparılan proses zamanı vaksin vurulan şəxslər bazaya daxil edilir.

Gəncədə yaşı 50-dən yuxarı olan 2100-ə yaxın təhsil işçisi var ki, bunlardan təxminən 200-ə yaxını vaksin edilməyib. Martın sonuna kimi bu kateqoriyadan olan bütün şəxslər birinci doza peyvənd ediləcək.

GancaPost.info xəbər verir ki, məsələ ilə bağlı Gəncə şəhər 6 saylı Poliklinikanın şöbə müdiri Aminə Cabbarova KəpəzTV-yə bildirib ki, sözügedən poliknikada yanvarın 20-dən bugünə kimi 2512 nəfər peyvənd olunubdur.

"Onlardan 680 nəfəri tibb işçiləridir. İkinci doz 540 nəfər tibb işçiləri gəlibdir. Həmçinin 2512 nəfərin içində müəllimlər də var. Mərhələli şəkildə təyin olunan vaxt var və həmin günlərdə onlar bizə müraciət edirlər. Hazırda 200 nəfər təhsil işçisi bizə müraciət edibdir. Əhali arasında 50 yaş və 65 yaşdan yuxarı olan şəxslər hazırda vaksinasiya işinə cəlb olunublar".

Gəncə şəhər Təhsil İdarəsindən isə bildirilib ki, ilk öncə 50 yaşdan yuxarı məktəb rəhbərlərinin vaksinasiyası təşkil edilib. Daha sonra 50 yaşdan yuxarı olan pedaqoji işçilərin vaksinasiyasına start verilib.

Gəncədə koronavirus xəstəliyinə qarşı vaksinasiyaya yanvarın 20-dən başlanılıb. İndiyə kimi şəhərə ümumilikdə 22 min dova vaksin gətirilib ki, bunlardan da 16 mini təyin olunan məntəqələrə verilib. Gətirilinən bu vaksinlərdən 12 min 134-ü xüsusi risq qrupuna daxil olan şəxslərə vurulub. Vurulanlardan da 9816-ı birinci, 2318 isə ikinci dozadır.


ETİKET :  

Daha Çox