-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə “nadzor” işləyən şəxs öldürüldü

Şəmkirdə güllələnmə olub.

14:23:19 | 2019-05-03

“Qafqazinfo”nun verdiyi məlumata görə, Şəmkir rayonunun Bayramlı kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədli Kəramət Şükür oğlu yaşadığı evdə alın nahiyəsindən odlu silahla açılan atəş nəticəsində qətlə yetirilib. Onu öldürən şəxsin kimliyi hələ ki, məlum deyil.

Məlumata görə K.Məmmədli Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında nəzarətçi işləyir. Ailəsindən boşanan Məmmədli evdə tək yaşayırmış.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

***

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat katibi Mehman Sadıqov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu faktla bağlı onlarda məlumat var: “Hazırda araşdırma aparılır, yekunda mətbuata açıqlama veriləcək”.


ETİKET :  

Daha Çox