-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə nə vaxt müasir tələblərə cavab verən ictimai nəqliyyat olacaq?

Gəncə şəhər sakinləri nə vaxt müasir tələblərə cavab verən ictimai nəqliyyat vasitələrindən istifadə edə biləcək?

20:46:49 | 2020-11-18

Koronovirus infeksiyasının sürətlə yayıldığı bir vaxtda ölkənin ikinci böyük şəhərində bir çox marşrut xəttləri üzrə ictimai nəqliyyat kimi sınıq-salxaq, yararsız mikrovatobuslardan istifadə olunur. Halbuki, hələ pandemiyanın ölkəmizdə yenicə yayılmağa başladığı zaman həmin nəqliyyat vasitələrinin istismarı dayandırılmışdı. Bəs görəsən gündəlik yoluxmanın sürətlə artdığı bir vaxtda bu mikroavtbusların yenidən istifadəyə qaytarılması hansı səbəbdən yaranıb. Və yaxud da şəhər sakinləri nə vaxt müasir tələblərə cavab verən ictimai nəqliyyat vasitələrindən istifadə edə biləcək?

Gündəlik olaraq Gəncədə 29 marşrut xətti üzrə 200-dən çox avtobus və mikroavtobus xəttə buraxılır. Onların sırasında günün tələblərinə cavab verməyən nəqliyyat vasitələri heç də az deyil. Koronavirusun tüğyan etdiyi bir vaxtda bu cür nəqliyyat vasitələrinin xəttə buraxılması sərnişinlərin ürəyincə deyil.

Sərnişinlər bildirir ki, iritutumlu nəqliyyat vasitələri olsa yaxşıdır. Həm infeksiyanın qarşısı alınar, həm də insanlar bir-birinə çox yaxın olmazdı.

Digər sərnişin bildirir ki, bu marşurutlar sərnişin üçün nəzərdə tutulmayıb. Bu yükdaşıma üçün nəzərdə tutulub. İnsanların qayğısına qalınsa daha yaxşı olar. Biz məcburiyyətdən bundan istifadə edirik. Hələ bu yaxşıdır, bundan da pislər var. 5 A-ya marşrutuna baxın görün nə gündədir.

İctimai nəqliyyatdan istifadə zamanı koronavirusdan qorunmaq üçün əsas üç şərt göstərilir. Tibbi maskadan istifadə dezinfeksiyaedici məhlullardan yararlanmaq və sosial məsafəni qorumaq. Ancaq bu gün mikroavtobuslarda sadaladıqlarımıza rast gəlinmir.

Koronavirus infeksiyasının sürətlə yayıldığı bir vaxtda bu cür sınıq-salxaq mikroavtobuslarda sosial məsafənin qorunması heç də inandırıcı görünmür. Ancaq vətəndaşlar məcburiyyətdən bu cür nəqliyyat vasitələrindən istifadə etmək məcburiyyətindədirlər.

Sərnişin azlığından şikayətçi olan sürücülərin idarə etdiyi nəqliyyat vasitələrində isə sosial məsafənin təmin edilməsi üçün heç bir işarə yoxdur, dezinfeksiyaedici məhlullara da rast gəlinmir.

Mikroavtobus sürücüsü etiraf edir ki, köhnə maşınlardır neçə ildir istismardadır. Yəni Qazeldir, Sprinter deyil, Mersedes deyil, Sovet maşınıdır. Olanımız budur bunu işlədirik. Yerinə təzə maşın olsa daha yaxşı olar.

Şəhərdaxili sərnişin daşımaya nəzarət edən qurumda vəziyyətdən məlumatlıdır.

GancaPost.info xəbər verir ki, məsələ ilə bağlı Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin hüquqşünası Ruslan Paşayev KəpəzTV-yə bildirib ki, bununla bağlı daşıyıcı şirkətlər və aidiyyatı qurumlar məlumatlandırılıb.

darəmiz tərəfindən davamlı olaraq monitorinqlər aparılır. Bu monitorinqlərin təhlil və müşahidələri nəticəsində aşkar edilən nöqsanlar şəhər üzrə fəaliyyət göstərən Gəncə Nəqliyyat MMC-yə təqdim edilir. Təbii bu nöqsanlar Gəncə Nəqliyyat MMC-nin əməkdaşları tərəfindən aradan qalıdırılır".

Problemin hansı formada aradan qaldırıldığı sərnişindaşımadakı vəziyyətdən aydın görünür. Kiçikhəcmli və istismara yararsız olan mikroavtobusların xəttə buraxılmaması barədə 2 il bundan əvvəl verilən göstərişin də icrasından bu aydın görsənir.


ETİKET :  

Daha Çox