-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə nəticələri ləğv edilən məntəqələr - SİYAHI

Milli Məclisə seçkilər üzrə nəticəsi etibarsız sayılan məntəqələrin sayı məlum olub.

16:24:18 | 2020-02-28

GancaPost saytı xəbər verir ki, Gəncədə yerləşən 4 seçki dairəsinin 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv edilib.

Hər 3 seçki məntəqəsi ilə bağlı qərarı Mərkəzi Seçki Komissiyası (MSK) verib.

Belə ki, MSK-nın qərarı ilə 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsinin 8 saylı, 4 saylı və 6 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılıb.

Lakin məntəqələr üzrə ləğvetmələr həmin dairədə lider namizədin dəyişməsinə səbəb olmayıb. 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən lider namizəd Musa Quliyevdir.

Qeyd edək ki, bir müddət öncə həmin dairədən 7 nəfər deputatlığa namizəd birgə bəyanat yayaraq 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən seçkilərin nəticələrini tanımadıqlarını bildiriblər.


ETİKET :  

Daha Çox