-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə nə qədər əhali yaşayır? - STATİSTİKA

Gəncədə yaşayan əhalinin sayı açıqlanıb.

09:53:23 | 2020-07-24

Gəncə şəhər Statistika İdarəsindən GancaPost.info-ya verilən məlumata görə, 2020-ci ilin iyul ayının 1-nə olan məlumata görə, Gəncə şəhər əhalisi 335 min 895 nəfər olub.

Ötən 6 ay ərzində Gəncədə doğulanların sayı 1341 nəfər, ölənlərin sayı 1076 nəfər olub. Vəfat edənlər arasında 9-u bir yaşına qədər olan körpələrdir. Qeyd olunan dövr ərzində şəhərdə 444 nikah, 263 boşanma qeydə alınıb.

Şəhərdə ümumi artım - 312, təbii artım isə 265 nəfər təşkil edib.

Daimi yaşayış üçün şəhərə 201 nəfər gəlib, 154 nəfər isə şəhəri tərk edib. Statistikaya görə, miqrasiya saldosu 47 nəfər təşkil edib.

Qeyd edək ki, şəhərdə məskunlaşan məcburi köçkünlər şəhər əhalisinin daimi sayına daxil edilmir.


ETİKET :  

Daha Çox