-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədən olan daha bir həkim koronavirusdan vəfat etdi

Gəncədə koronavirusa yoluxmuş cərrah dünyasını dəyişib.

16:27:35 | 2020-05-22

GancaPost saytı xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. 

O bildirib ki, bu gün vəfat edənlərdən biri, 1962-ci il təvəllüdlü xəstə Gəncə şəhərində fəaliyyət göstərən cərrah olub: “Həmkarımızın şəkərli diabet, hipertoniya kimi yanaşı xəstəliyi olub. Aprelin 30-dan Mərkəzi Neftçilər Xəstəxanasına daxil olub və reanimasiya şöbəsində müalicəsinə başlanılıb. Süni nəfəs aparatı qoşulmuşdu. Ağciyər toxumalarında baş verən ciddi dəyişiliklərlə bağlı vəziyyəti ağırlaşdı və bütün səylərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmadı. Ümumilikdə, 681 nəfər tibb işçisi koronavirusa yoluxub. Bu, ümumi yoluxmanın 18 faizidir. Əksəriyyəti kiçik və orta tibb işçiləridir. 537 tibb işçisi sağalıb, 4 həkim vəfat edib. 

Qeyd edək ki, həmin həkim Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının cərrahı, tanınmış həkim Hacı Sürət Abbasovdur.

Allah rəhmət eləsin!


ETİKET :  

Daha Çox