-- Adversting 9 --
-- Adversting 10 --

Gəncədən Kiyev və Odessaya aviareys açıla bilər

Gəncədən Kiyev və Odessa şəhərlərinə aviareys açıla bilər.

23:38:52 | 2021-03-15

GancaPost.info xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirinin iqtisadi məsələlər üzrə müşaviri Sergey Ştelyuk Gəncəyə səfəri zamanı şəhər İcra Hakimiyyətindəki görüşü zamanı bildirib.

"Ukraynanın ticarət, təhsil və sənaye sahələrində Azərbaycanla, eləcə də ölkənin regionları ilə əməkdaşlıqda maraqlıdır. Eyni zamanda Ukraynada istehsal edilən elektrik enerjisi sayğaclarının qərb bölgəsində istismarı, biznes və iş adamlarının Azərbaycanın ikinci böyük şəhərində müvafiq sahələr üzrə fəaliyyəti qarşı tərəfdən qaldırılan məsələlər olub. Tərəflər həmçinin pandemiyadan sonra Gəncədən Kiyev və Odessa şəhərlərinə aviareysin açılmasını da müzakirə ediblər".


ETİKET :  

Daha Çox