-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə müstəntiqin 230 min manat mənimsədiyi iddia edilən işi araşdırılır

Gəncədə 230 min manat mənimsədiyi iddia edilən müstəntiqin işi araşdırılır.

12:10:07 | 2020-09-11

Gəncə şəhər Baş Polis İdarəsinin müstəntiqi Rauf Atakişiyev barəsində araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun İnstagram səhifəsində “Sual-cavab” layihəsində vətəndaşın müraciətinə cavab olaraq qeyd olunub.

Baş Prokurorluqdan bildirilib ki, qeyd olunan faktla bağlı müraciət əsasında hazırda Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır. Məsələ baxılması üçün Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinə və Prokurorluqda İstintaqa Nəzarət İdarəsinə də göndərilib.

Qeyd edək ki, Baş Prokurorluğun "sual-cavab" layihəsinin rəy bölümünə yazan "Hüseynova" adlı sosial şəbəkə istifadəçisi Gəncə şəhər Baş Polis İdarəsinin müstəntiqi Rauf Atakişiyevin dələduzluq yolu ilə onlardan 230 min manat pul aldığını bildirib.


ETİKET :  

Daha Çox