-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə müəllimlərdən rüşvət alınması iddiasına - İdarədən AÇIQLAMA

Gəncə şəhər Təhsil İdarəsi şəhərdə müəllimlərdən rüşvət alınması barədə yayılan xəbərə açıqlama verib.

15:09:32 | 2020-05-16

GancaPost saytı xəbər verir ki, ötən gün gununsesi.info portalında “Gəncə Şəhər Təhsil İdarəsi müəllimlərdən rüşvət yığır?” başlıqlı xəbər yayımlanmışdır. Dərc edilmiş yazıda qeyd edilmişdir ki, Gəncə şəhər Təhsil İdarəsi orta məktəblərdən pul yığma kampaniyasına start vermişdir və mövcud tətil səbəbindən işə gəlməyən müəllimlərdən onlardan on-line dərsləri lazımınca keçməmələri, dərslərə qoşulmamaları əsas gətirilərək 30-40 və ya 50 manat “haqq” ödəmələri tələb edilir.
Məsələ ilə bağlı Gəncə şəhər Təhsil İdarəsi açıqlama yayaraq bildirib ki, koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə ölkə üzrə bütün təhsil müəssisələrində tədris martın 3-dən dayandırılmışdır. Gəncə şəhər Təhsil İdarəsi olaraq Nazirlər Kabineti Yanında Operativ qərərgahın bu istiqamətdə bütün tövsiyyə və tapşırıqlarına ciddi riayət olunur. Hazırda bütün məktəblərimiz müəllim və şagirdlərin üzünə bağlıdır və dərslərin on-line formatda keçirilməsi birbaşa Azərbaycan Təhsil Nazirliyinin nəzarəti altındadır.
Karantin dövründə Gəncə şəhər Təhsil İdarəsinə dərslərin on-line tədrisi barədə ciddi şikayətlər daxil olmamışdır. Eləcə də, ötən dövr ərzində hansısa müəllimdən rüşvət alınması və tələb olunması məsələsi heç bir həqiqəti əks etdirmir. Xəbərdə iddia edilən xüsusatlar barədə Gəncə Təhsil İdarəsinə hansısa şikayət və məlumat daxil olmamışdır.


ETİKET :  

Daha Çox