Gəncədə Əmlak Xidmətləri Məkanı açılacaq

GancaPost xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib.

Məlumatda deyilir ki, qısa müddətdir ki, istifadəyə verilməsinə baxmayaraq Bakıdakı Məkanda ümumilikdə 50 mindən çox vətəndaş müraciəti, 62 mindən çox xidmət sayı qeydə alınıb. Müraciətlər daşınmaz əmlakın qeydiyyatı, özəlləşmə, kadastr, torpaq istifadəçiliyi və digər sahələr ilə bağlı olub.

Dövlət əmlaklarının özəlləşməsi üzrə keçirilən hərraclar Məkanda təşkil olunur. Burada 100 nəfərin hərracı izləmək imkanı var. Həmçinin hərracı onlayn olaraq internet vasitəsilə canlı izləmək də mümkündür. Məkanda indiyədək 10-dan çox hərrac keçirilib.

ƏXM-da ümumilikdə Komitənin fəaliyyət sahələrinə uyğun 46 xidmət təqdim edilir. Bununla yanaşı, burada notarius, bank, memarlıq və layihələndirmə işləri, əmlakın sığortalanması və poçt xidməti də həyata keçirilir. Müraciətlərə həssaslıqla yanaşılır, 100-ə yaxın işçi tərəfindən xidmətlər təmkinlə vətəndaşlara göstərilir.

Ən çox müraciət daşınmaz əmlakın qeydiyyatı ilə bağlı olub. Əmlaklara dair çıxarış almaq istəyən vətəndaşlara mülkiyyət sənədi elektron şəkildə verilir. Belə ki, elektron çıxarışlar Elektron Hökumət portalına yerləşdirilir. Hüquq sahibinin çıxarışı həmin portal vasitəsilə real vaxt rejimində əldə etməsi imkanı yaradılır. Daha sonra həmin çıxarış vətəndaşın "Elektron hökumət" portalındakı şəxsi kabinetinə yerləşdirilir. Şəxsi kabineti olmadıqda isə bazada saxlanılan çıxarış sonradan şəxsi kabinet yaradıldıqdan sonra avtomatik olaraq ora transfer olur.

Mülkiyyət sənədi haqqında məlumatlar şəxsin telefon nömrəsinə, poçt ünvanına göndərilir. Elektron qaydada göndərilən bildirişlərdə çıxarışın reyestr və qeydiyyat nömrəsi, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilir. Vətəndaş komitənin "Elektron çıxarışını yoxla" xidmətinə daxil olaraq çıxarışın qeydiyyat və reyestr nömrələrini qeyd etməklə sənədin düzgünlüyünü yoxlamaq imkanına malikdir. Bunun üçün isə istifadəçilərdən nə elektron imza, nə də ödəniş tələb olunur.

Komitə könüllük fəaliyyətinin genişlənməsinə də töhfə verir. Belə ki, binada könüllülər masası yaradılıb və onların xidmətlərindən də istifadə olunur. Vətəndaşlar Məkanda yerləşdirilən xüsusi terminallar vasitəsilə ödənişlərini həyata keçirə bilərlər.

Eksteritorial iş prinsipinə əsaslanan Məkanda elektron idarəetmə sistemi vasitəsilə xidmətlər dəqiq, prosedurlar daha sürətli həyata keçirilir. Bina İKT avadanlıqları ilə tam təchiz olunub.

Vətəndaşlar məlumat mərkəzinə yaxınlaşmaqla informasiya əldə edə bilirlər. Bununla yanaşı, onların müraciət imkanlarının asanlaşdırılması və məlumatlılığının təmin edilməsi məqsədilə məlumat nöqtələri, habelə müasir elektron informasiya daşıyıcıları, o cümlədən monitorlar quraşdırılıb. Bu da vətəndaşlara göstərilən xidmətlərin növləri, üstünlükləri, tələb olunan sənədlərin siyahısı barədə informasiyanı rahat əldə etməyə imkan yaradır. Vətəndaşlar elektron monitorlara daxil olmaqla xidmətləri internet üzərindən yerinə yetirə bilirlər.

XƏBƏR LENTİ

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

BÜTÜN XƏBƏRLƏR