-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə Dəmiryolu Xəstəxanası COVİD-19 xəstələrinin müalicəsinə ayrılıb

Gəncə Dəmiryolu Xəstəxanası koronaviruslu xəstələrin müalicəsi üçün ayrıldı.

16:01:01 | 2020-06-18

Azərbaycanda daha 12 xəstəxana koronavirus xəstələrinin müalicəsinə ayrılıb. Onlar arasında Bakının ən böyük tibb müəssisələrindən biri - Şəhər Klinik Mərkəzi (keçmiş Semaşko adına xəstəxana) də var.

Bundan başqa, TƏBİB-dən (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) verilən məlumata görə, 26 saylı şəhər xəstəxanası, Tibbi Reabilitasiya Elmi-Tədqiqat İnstitutu, "Azərsu" xəstəxanası, Göyçay, Salyan, Xızı, Qusar, Ucar, Saatlı, Zərdab mərkəzi rayon xəstəxanaları və Gəncə Dəmiryolu Xəstəxanası COVİD-19-a yoluxmuş xəstələrin müalicəsi üçün ayrılıb.

Bu xəstəxanalardakı xəstələr başqa müalicə müəssisələrinə, regionlarda isə qonşu rayonların klinikalarına köçürülür.

Buna qədər 30 klinika və 4 modul tipli xəstəxana koronavirus xəstələrinin müalicəsinə ayrılmışdı.


ETİKET :  

Daha Çox