-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə 16 min ailənin yol və sənədsiz ev problemi

Gəncədə 16 min ailənin yol və sənədsiz ev problemi

15:23:09 | 2021-04-27

Gəncənin Məhsəti qəsəbəsi şəhərin əsas yaşayış massivlərindən biridir. Yaşayış massivi 1992-ci ildə salınıb və bu müddət ərzində tədricən qaz, işıq, su və rabitə xətti kimi vacib infrastruktur məsələləri həllini tapıb. Hazırda 16 min ailənin yaşadığı qəsəbədə ən ciddi problem yolların bərbad vəziyyətdə olmasıdır.

Qəsəbədə yol problemi ilə yanaşı, kanalizasiya sistemi də yoxdur. Eyni zamanda qəsəbənin digər problemi isə yaşayış evlərinin sənədsiz olmasıdır. Məhsəti qəsəbəsində inşa edilən yaşayış evlərinin əksəriyyətinin çıxarışı yoxdur.

Sakinlər bildirirlər ki, qəsəbədəki evlər vaxtilə layihə sərəncam əsasında tikilib. Və illərdir tikilən həmin evlərə çıxarış almaq mümkün deyil.

Bu gün Gəncə şəhərinin yeddi qəsəbəsi var ki, bu qəsəbələrdə orta hesabla, 80 mindən çox insan yaşayır. Və həmin qəsəbələrdəki (Cavad xan qəsəbəsi, Natavan qəsəbəsi və s.) bir çox evlərində rəsmi sənədi yoxdur və analoji problemlər həmin qəsəbələrdə də mövcuddur.

Qeyd edək ki, şəhərin adıçəkilən qəsəbələrində Gəncə ətrafı rayonlarda yaşamış sakinlər məskunlaşıb. Hazırda Gəncəyə yaxın rayonlardan bu qəsəbələrə yaşamaq üçün gələnlərin sayı durmadan artır.


ETİKET :  

Daha Çox